Rusiya və Ermənistan XİN başçılarının müzakirə etdiyi mövzular məlum olub - YENİLƏNİB

Ermənistanın xarici işlər naziri Ararat Mirozyan və rusiyalı həmkarı Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair mümkün sənədi müzakirə ediblər.bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, eyni zamanda XİN başçıları Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, rusiyalı diplomatın İrəvana səfəri ötən gün başlayıb.Ermənistanın paytaxtı İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub. Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Ararat Mirzoyan və Sergey Lavrov arasında təkbətək söhbət olub, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib”, - məlumatda bildirilib.



Xəbərlər  Tarix:   9 İyun 2022 / 13:05


« Əvvəlki xəbər (1170 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR