Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 31,9 min nəfərdir”

“Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri, təxminən, 31 900 rusiyalı hərbçi həlak olub”.Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, iyunun 10-na olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1409 tank, 3450 zirehli maşın, 712 artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 hava hücumundan müdafiə sistemi, 212 təyyarə, 178 helikopter, 572 operativ-taktiki PUA, 125 qanadlı raket, 13 gəmi/qayıq, 54 xüsusi texnika təşkil edib.
“Ötən sutka ərzində düşmənin ən böyük itkisi Baxmutov və Xarkov istiqamətlərində qeydə alınıb”, - Ukrayna Baş Qərargahının məlumatında deyilir.



Xəbərlər  Tarix:   10 İyun 2022 / 10:24


« Əvvəlki xəbər (1163 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR