Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb

Bu ay Rusiya və Ukrayna arasında ölən 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb.məlumatı BBC yayıb.
Bildirilib ki, meyitlərin mübadiləsi Ukraynanın Zaporoje vilayətindəki təmas xəttində həyata keçirilib.
Qeyd edilib ki, Ukraynada döyüşüb, iki aydan artıq müddətdə itkin düşmüş sayılan Rusiya hərbçiləri də var. Onların ailə üzvləri övladlarını Rusiyaya qaytarmağa çalışırlar.
Bildirilib ki, Ukraynada ölən 3 502 Rusiya hərbçisinin adı BBC-yə məlumdur. Rusiyanın rəsmi mənbələri Ukraynadakı itkiləri və itkin düşənlərin sayı barədə son zamanlar açıqlama vermir.
Rusiyanın Müdafiə Nazirliyi sonuncu dəfə martın 25-də 1 351 hərbçisinin həlak olduğunu qeyd edib.



Xəbərlər  Tarix:   10 İyun 2022 / 10:50


« Əvvəlki xəbər (1162 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR