DİN: "150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsi təmin olunur"

"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib".Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üşün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsi təmin olunur.
"İdarəetmə Mərkəzində olun məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM" radio kanalı və digər informasiya resursları ilə ictimiayyətə çatdırılır", - DİN rəsmisi vurğulayıb.



Xəbərlər  Tarix:   10 İyun 2022 / 13:11


« Əvvəlki xəbər (1157 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR