"Aris"in prezidenti: "Neftçi" titullara malik çətin komandadır"

"Belə bir komanda ilə üz-üzə gəlmək görünməmiş hissdir. Rəqib bir neçə titulu olan çox çətin komandadır"."Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kiprin "Aris" klubunun prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirərkən deyib.
Funksioner sonadək mübarizə aparacaqlarını bildirib: "Məqsədimiz növbəti mərhələyə çıxmaqdır".
Afanasiu "ağ-qaralar"la oyunadək bir neçə futbolçu transfer edəcəklərini söyləyib: "Heyətin komplektləşdirilməsi bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandamızdan gedənlər oldu. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik".
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.



Xəbərlər  Tarix:   16 İyun 2022 / 16:29


« Əvvəlki xəbər (1124 / 7273) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

20 yanvar tədbir
22 Yan 2023 / 21:48