Eka Tkeşelaşvili: “Cənubi Qafqaz regionunda sülhə nail olmağa ümid var”

“Cənubi Qafqaz regionunda sülhə nail olmağa ümid var”.IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda keçirilən paneldə Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili bildirib.
“Cənubi Qafqazda sabitlik və inkişaf məsələlərini nəzərdən keçirmək lazımdır. Hazırda çoxlu iqtisadi dəyişikliklərin şahidi oluruq. Buna görə də, daha böyük regional təşəbbüslər irəli sürə bilərik. Hazırda regionda sülhə nail olmaq üçün ümid var”, - o deyib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından danışarkən E.Tkeşelaşvili vurğulayıb ki, Gürcüstan üçtərəfli danışıqlar keçirməyi təklif edib və Azərbaycan bu danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib: “Region xalqları arasında münasibətlər çox mühümdür. Əsas məsələlələr hələ öz həllini tapmadığından hazırda buna nail olmaq çətindir. Qarşılıqlı fəaliyyətlə bağlı cəhdlər çox vacibdir”.



Xəbərlər  Tarix:   17 İyun 2022 / 14:40


« Əvvəlki xəbər (1139 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR