Samir Şərifov: "İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat mənfi məcradan tez bir zamanda müsbət templərə qayıdıb"

“Ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı mənfi məcradan tez bir zamanda müsbət iqtisadi artım templərinə qayıdışı təmin edilib”.Milli Məclisin növbədənkənar sessiyasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı ilkin nəzərdə tutulduğundan daha tez və surətli bərpa olunaraq daha yüksək artım tempi nümayiş etdirib. Dövlət büdcəsi qarşısında qoyulan əsas vəzifələr təmin edilib.
“Sözsüz ki, müəyyən məsələlər var və hər zamanda müzakirələr zamanı qaldırılır və bizim ənənəyə uyğun olaraq məsələlər hökumət tərəfindən tədqiq edilir. Milli Məclisin deputatları tərəfindən də, eyni zamanda Hesablama Palatası tərəfindən qeyd olunduğu kimi bir sıra məsələlərin sonrakı təhlili əsasında hökumət tərəfindən müəyyən təkliflər edilir. Növbəti illərin dövlət büdcələrində və ya proqnozlarında bunlar öz əksini tapır.
Ümumiyyətlə, 2021-ci ilin mənzərəsinə baxsaq, qısa müddət ərzində iqtisadi artımı bərpa etdik. Daha tez iqtisadi artım məcrasına qayıdışı təmin etdik, gəlirlərimiz artıb, xüsusi ilə neft sektorundan gəlirlərimiz artıb. Buna heç şübhəsiz ki, beynəlxalq ticarət konyukturası təsir göstərib. Bununla yanaşı, qeyri-neft gəlirlərimiz də əhəmiyyətli dərəcədə artıb. Proqnozlardan xeyli yüksək artım olduqca müsbət haldır”, - nazir qeyd edib.
S. Şərifov əlaə edib ki, Dövlət Neft Fondunun aktivləri, Azərbaycanın valyuta ehtiyatları 2021-ci il ərzində artıb ki, bu da, bizim maliyyə ehtiyatlarımızın möhkəmləndirilməsində olduqca vacib və təqdirəlayiq haldır.



Xəbərlər  Tarix:   17 İyun 2022 / 14:54


« Əvvəlki xəbər (1134 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR