Prezident Ağstafada avtomobil yolunun tikintisinə vəsait ayırıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.sərəncamla Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Xəbərlər Tarix: 20 İyun 2022 / 14:33
« Əvvəlki xəbər (1110 / 7273) Növbəti xəbər »
« Əvvəlki xəbər (1110 / 7273) Növbəti xəbər »