BİR QADININ UĞURU

Hüseynov Cavid Əkbər oğlu hüquqlarının müdafiə olunması və probleminin həll olunması üçün bizə müraciət etmişdir. Biz də probleminin həll olunması üçün adiyyəti qurum olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. İş baxılması üçün hakim Nigar Nəbizadənin icraatına verildi.
İlk öncə probelem araşdırıldı, şahid qismində olan şəxslər dinlənildi və lazımi yardım göstərildi.
Uğurmedianın Təsisçi baş redaktoru Tərlan Abbasov bütün bu proseslerdə iştirak etmiş, öz razılığını bildirmiş,”hər hüquqi məsələyə bütün hakimlər kaş bu cür ədalətli yanaşsalar” sözlərini ifadə etmişdir.
Biz Uğurmedia olaraq araşdırdıq və araşdırmalarımız nəticəsində Nigar Nəbizadə ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə,idarə və təşkilatların,siyasi partiyaların ,ictimai birliklərin,digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının vətəndaşları arasında mübbahisələri həll edərkən irqindən, dinindən, cinsindən, mənşəyindən ,vəzifəsindən asılı olmayaraq hər kəsə qanun çərçivəsində və ədalətli yanaşır.
Bunu təkcə biz Uğurmedia olaraq demirik. Eyni zamanda Azərbaycan Respublikasında yaşayan və Nigar Nəbizadənin icraatında işi olan hər kəs deyir. Biz təkcə araşdırmalarımız nəticəsində deyil, eyni zamanda apardığı prosesləri görərək,verdiyi ədalətli qərarların şahidi olaraq bu nəticəyə gəlirik
Bizim təsisçi baş redaktor T.Abbasov eyni zamanda jurnalistlərimiz Nigar Nəbizadənin icraatında olan işlərlə maraqlanmış və öz məmniyyətlərini bildirmişlər.
Azərbaycanda Nigar Nəbizadə kimi hakimlər olduğu müddətdə haqq ədalət yerini tapacaq.Biz fəxr edirik ki,Azərbaycanda Nigar Nəbizadə kimi hakim var.
Biz Uğurmedia yayım və informasiya agentliyi olaraq Sizə öz təşəkkürümüzü bildiririk.



Öz xəbərlərimiz  Tarix:   30 İyun 2022 / 13:54


« Əvvəlki xəbər (1081 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR