ASCO: "Kurık limanında Azərbaycanın gəmi-bərələri üçün məhdudiyyət yoxdur"

"Qazaxıstan Dəmir Yolları" (KTJ) şirkəti iyulun 1-dən 10-na qədər ölkənin Kurık limanında yüklərin qəbuluna məhdudiyyət qoyub.Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, buna səbəb Ələt-Kurik-Ələt marşrutu üzrə hərəkət edən bərələrin az olmasıdır.
Belə ki, yükdaşıma həcminin artması ilə əlaqədar həmin istimqamətdə kifayət qədər bərə yoxdur. Hazırda limanda 565 yüklü vaqon atılmış vəziyyətdədir. Halbuki limanın orta sutkalıq aşırma qabiliyyəti 42 vaqondur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, Kurık limanında Azərbaycanın gəmi-bərələri üçün məhdudiyyət yoxdur: “Hazırda “Şahdağ” bərəsi Kurık limanındadır, “Merkuri”, “Akademik Həsən Əliyev” bərələri adıçəkilən limanına doğru irəliləyir və yaxın saatlarda limana çatacaq. “Professor Gül”, “Ağdam” bərələri isə bu gün səhər saatlarında limandan ayrılıb, Ələt limanına doğru irəliləyir”.



Xəbərlər  Tarix:   5 İyul 2022 / 16:23


« Əvvəlki xəbər (1073 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR