Türkiyənin sabiq xarici işlər naziri vəfat edib

Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib.Türkiyə XİN-dən bildirilib.
Qeyd edək ki, İ.Türkmen 1927-ci ildə İstanbulda anadan olub. O, 1949-1991-ci illərdə müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Saim Bülend Ulusunun dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 1983-cü ildə Türkiyənin BMT-nin Cenevrədəki, 1985-ci ildə Nyu-Yorkdakı ofisində daimi nümayəndəsi olub. Yunanıstan, keçmiş SSRİ, Fransa və s. ölkələrdə səfir kimi fəaliyyət göstərib. Eyni zamanda 1991-1996-cı illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışıb.



Xəbərlər  Tarix:   6 İyul 2022 / 14:42


« Əvvəlki xəbər (1070 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR