Taxıl sahəsində yanğınlarla bağlı maarifləndirmə tədbiri - Foto

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Bərdə rayonunun Gərənə kəndində taxıl sahəsində “Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. Qarabağ regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.
FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar.
Daha sonra mövzü ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.



Xəbərlər  Tarix:   6 İyul 2022 / 16:25


« Əvvəlki xəbər (1059 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR