ABŞ Fələstinə 300 milyon dollar yardım ayıracaq

ABŞ BMT xətti ilə Fələstinə 200 milyon dollar maliyyə yardımı ayıracaq. ABŞ Prezidenti Co Bayden Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib.“Bu gün mən elan edirəm ki, ABŞ Fələstinə kömək etmək üçün BMT-nin müvafiq institutuna 200 milyon dollar maliyyə yardımı ayıracaq", - o deyib.
ABŞ Prezidenti həmçinin əlavə edib ki, fələstinlilərin səhiyyə xidməti üçün də ABŞ 100 milyon maliyyə yardımı ayıracaq.
“Mən prezident seçildikdən sonra sələfimin Fələstinlə bağlı siyasətini dəyişdim, yardımı bərpa etdim. 2021-ci ildə Fələstinin iqtisadi inkişafı və təhlükəsizliyinin təminatı üçün ABŞ yarım milyard dollardan çox maliyyə yardımı ayırdı. Pandemiya ilə mübarizə çərçivəsində 1 milyon doza peyvənd Qəzza və İordan çayının qərb sahilinə ianə edildi. Fələstinli qaçqınlara humanitar yardım üçün BMT-yə 400 milyon dollar maliyyə yardımı ayrıldı", - ABŞ prezidenti diqqətə çatdırıb.



Xəbərlər  Tarix:   15 İyul 2022 / 15:43


« Əvvəlki xəbər (1041 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR