Ruslan Əlixanov: "Heç bir hökumətin gələcəyə dair xüsusi "Hotline"ı yoxdur"

"Liderlik insana lazım olan ən vacib qabiliyyətlərdən biridir".bunu "Yüksəliş" müsabiqəsinin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda keçirilən müzakirələrdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov deyib.
"Müşahidələrimdən belə qənaətə gəlmişəm ki, diqqəti yönəltmək qeyri-adi səriştə səviyyəsinə çatıb. Düzü bilmirəm, liderlik fitri mövhumdur, yoxsa təcrübədən, təhsildən əmələ gələn mövhumdur. Bununla bağlı çox debatlar aparıla bilər.
Kommunikasiya bacarıqlarına gəlincə onu deyə bilərəm ki, biz çox vaxt anlamaq istəmirik, sadəcə olaraq daxili dialoq apararaq, öz suallarımızı hazırlayaraq cavab vermək istəyirik. Panellərdə müşahidə etmişəm ki, çıxış edənlərin çoxu paneldə iştirak edənlərin çıxışlarına qulaq asmırlar.
Strateji düşüncə isə ən böyük dəyərlərdən biridir. Sizə bir sirr açacağam. Bu sirr müəyyən dərəcədə lidelrik qabiliyyəti ilə əlaqəlidir. Heç bir hökumətin gələcəyə dair xüsusi "Hotline"ı yoxdu. Ona görə də hər bir hökumət işçiləri gələcək haqqında fikirləşmək üçün səriştəli və düşüncəli bürokratiyadan istifadə edirlər. Burada mən bürokratiyaya pozitiv baxıram", - deyə R. Əlixanov bildirib.



Xəbərlər  Tarix:   15 İyul 2022 / 15:50


« Əvvəlki xəbər (1037 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR