ABŞ və Səudiyyə Ərəbistanı neft tədarükü ilə bağlı müzakirələr aparıb

ABŞ və Səudiyyə Ərəbistanının nümayəndələri dünya bazarlarında kifayət qədər neft tədarükünün zəruriliyi ilə bağlı məsələləri müzakirə ediblər. Amerika tərəfi yaxın həftələrdə bu istiqamətdə addımların atılacağını gözləyir.Bunu ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanında krallığın rəhbərliyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz dünyada enerji təhlükəsizliyinin təmin edilməsi və dünyada iqtisadi artımın dəstəklənməsi üçün adekvat neft tədarükü ilə bağlı məsələləri müzakirə etdik. Bu, tezliklə işə salınacaq. Mən Birləşmiş Ştatlar üçün təchizatı artırmaq məqsədilə əlimdən gələni edirəm. Mən bunun baş verəcəyini gözləyirəm”, – deyə Amerika lideri bildirib.
“Səudiyyə tərəfi bu məsələnin aktuallığını qəbul edir və bugünkü müzakirəmiz fonunda mən yaxın həftələrdə növbəti addımları gözləyirəm", - deyə ABŞ Prezidenti əlavə edib.



Xəbərlər  Tarix:   16 İyul 2022 / 12:10


« Əvvəlki xəbər (1027 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR