TAP-ın genişləndirilməsi üçün əlverişli şərait var - Direktor

Trans-Adriatik Boru Kəməri (TAP) bu il 2,5 milyard kubmetr əlavə ötürmə qabiliyyətinə zəmanət verərək daxil olan axını maksimuma çatdırıb. İtaliya mətbuatına TAP-ın idarəedici direktoru Luka Skeppati deyib.
O qeyd edib ki, mövcud vəziyyət TAP-ın genişləndirilməsi üçün xüsusilə əlverişli şərait yaradır.
"İndi TAP layihəsinin reallaşdırılmağa başlandığı dövrlə müqayisədə tamamilə yeni vəziyyət yaranıb. Heç bir modifikasiya etmədən kəmərin ötürmə qabiliyyətini iki mərhələdə artırmaq mümkündür. Birinci genişləndirmə üçün texniki baxımdan hətta üç il kifayət edə bilər. Bununla da 2027-ci ildə ikiqat artırma ehtimalı var. Bunun üçün biri Yunanıstan-Türkiyə sərhədində, digəri isə Albaniyada olan iki kompressor stansiyasını yeniləməliyik", - Skeppati bildirib.Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP vasitəsilə 2020-ci il dekabrın 31-dən Avropaya Azərbaycan qazının tədarükü başlayıb.



Xəbərlər  Tarix:   19 İyul 2022 / 14:46


« Əvvəlki xəbər (1021 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR