Azərbaycandan Avropa bazarlarına sürtkü yağlarının ixracına başlanılıb

Azərbaycan istehsalı olan sürtkü yağlarının Avropa bazarlarına ixracına başlanılıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, məhsul İspaniya, eləcə də Bosniya və Herseqovinaya tədarük olunur.Ümumilikdə bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.Məhsul Sumqayıt Kimya Sənaye Parkında Almaniya və İtaliya texnologiyası əsasında istehsal olunur.
Hazırda zavodda istehsal olunan müxtəlif çeşiddə sürtkü yağları və antifriz dünyanın 30-a yaxın ölkəsinə ixrac edilir. İnvestisiya dəyəri 15 mln. ABŞ dolları olan müəssisədə 150 nəfər daimi işlə təmin edilib.



Xəbərlər  Tarix:   19 İyul 2022 / 14:55


« Əvvəlki xəbər (1016 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR