Baş Prokuror Kamran Əliyev: “Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu vardır”

“Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu vardır”.Baş Prokurorluqda keçirilən kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Kamran Əliyev milli mətbuatın yaradılmasının 147-ci il dönümü münasibətilə media nümayəndələrinə səmimi təbriklərini ünvanlamaqla qeyd edib ki, hesabat dövründə Baş Prokurorluq tərəfindən aparılan mütəmadi monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanıb.
"Bir məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib", - deyə Baş prokuror bildirib.



Xəbərlər  Tarix:   22 İyul 2022 / 13:32


« Əvvəlki xəbər (1004 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR