Bir qəsəbədə 58 nəfər sudan zəhərləndi

Şəkidə bir qəsəbədə yaşayan 58 nəfər zəhərlənib.Yeni Çələbixan qəsəbəsində qeydə alınıb. Zəhərlənən şəxslərdən 41 nəfəri yeniyetmələr olub. Sakinlər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
İlkin ehtimal olaraq, qəsəbə sakinlərinin sudan zəhərləndiyi bildirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ araşdırılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib. Hazırda faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   22 İyul 2022 / 13:44


« Əvvəlki xəbər (998 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR