Növbəti “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası Xırdalanda keçirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası 23 iyul tarixində “Rahat” marketlər şəbəkəsi ilə birgə Xırdalan şəhərində yerləşən Rahat supermarketdə keçirilib. Aksiya zamanı ümumi tutumu 3030 litr olan plastik butulka yığılıb. İştirakçılara ekoçantalar verilib. Ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə ekoçantalarla yanaşı Milli Parklara bilet və azyaşlı uşaqlara kitablar hədiyyə olunub. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bugünədək aksiyalar Bakı şəhərinin Xətai, Sabunçu, Nizami rayonlarında, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində keçirilib.
"Aksiya yay boyunca davam etdiriləcək. Aksiyanın keçiriləcəyi ərazi barədə elan Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkələrində öncədən paylaşılacaq”.
Nazirlik rəsmisi aksiyalarda iştirak edən bütün vətəndaşlara təşəkkür edib və hər kəsi plastik tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsinə birlikdə dəstək olmağa çağırıb.



Xəbərlər  Tarix:   25 İyul 2022 / 14:44


« Əvvəlki xəbər (994 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR