Harvard Universitetinin professoru “Yeni çağırışlar”da

İyulun 25-i saat 17:00-da “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Harvard Universitetinin professoru, Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers olacaq. Dünya şöhrətli professor ilə qlobal təhsil və yeni səriştələr barədə danışılacaq.

Fernando Reimers UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvü olaraq “Gələcəyimizi birgə dizayn etmək” hesabatını hazırlayıb. Dünyanın bir çox məktəblərində istifadə olunan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun kurikulum tərtib edib.

Hazırda onun fəaliyyəti təhsildə innovasiya, təhsilin siyasəti, liderliyi və müəllimlərin peşəkar inkişafına yönəlib. O, bu anlayışların uşaqların və gənclərin hərtərəfli inkişafına təsirini öyrənən tədqiqatlar aparır. Həmçinin, Harvard Universitetinin qlobal missiyasının inkişafı üçün çalışır və iqlim dəyişikliyinə yönəlik proqramların effektivliyinin artırılması üzərində işlər aparır.

“Qlobal vətəndaşların inkişafı: dünya kursu”, “Gələcəyi daha yaxşı inşa etmək üçün təhsil”, “Pandemiya dövründə məktəb və universitet əməkdaşlığı”, “Təhsil üçün yeni sosial müqavilə: gələcəyimizi birgə dizayn etmək”, “Qolobal dünyada əməkdaşlıq”, “Sinif otaqlarının və düşüncələrin inkişafı üçün 12 dərs” adlı 45 kitabın müəllifi və ya redaktorudur.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network" platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.



Xəbərlər  Tarix:   25 İyul 2022 / 15:07


« Əvvəlki xəbər (988 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR