Sumqayıtda “Atletika hamı üçün” tədbiri keçirilib
İyulun 24-də Sumqayıt şəhərində, “Sumqayıt Bulvarı” ərazisində yerləşən açıq tipli idman qurğusunda Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində “Atletika hamı üçün” tədbiri keçirilib.
Tədbirdə iştirak edən 50-dən artıq idmançı və şəhər sakini atletika idman növünün müxtəlif proqramlarında öz qüvvələrini sınayıblar. Yüksək nəticələr göstərən iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin sertifikatları təqdim edilib.

Xəbərlər Tarix: 26 İyul 2022 / 14:32
« Əvvəlki xəbər (952 / 7273) Növbəti xəbər »