FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti silsilə maarifləndirmə tədbirləri keçirib





Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib.
Bu çərçivədə, Xidmət tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Nəsimi rayonunda yerləşən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda, Nizami rayon 4 saylı Vərəm Əleyhinə Dispanserdə, Sabunçu rayon 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, Qaradağ rayon 32 saylı Şəhər Poliklinikasında, habelə “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində, Qarayazı Dövlət Təbiət Qoruğunda, Şəmkir rayonunun ərazisində yerləşən Yastı meşədə və Tərtər rayonunun Ağkənd kəndinin sakinləri ilə yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatının zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.



Xəbərlər  Tarix:   28 İyul 2022 / 13:27


« Əvvəlki xəbər (947 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR