“Sudan səmərəli istifadə, su ehtiyatlarının qorunması” mövzusunda silsilə görüşlər keçirilir


“Sudan səmərəli istifadə, su ehtiyatlarının qorunması” mövzusunda Neftçala, Salyan və Şirvan rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirlikləri, “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin əməkdaşları, icra hakimiyyətlərinin nümayəndələri, fermerlər və su istifadəçilərinin iştirak etdiyi görüşlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Su Komissiyasının fəaliyyəti və “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nı barədə məlumat verilib. Eyni zamanda su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsü, nəzarətdənkənar qoşulmaların qarşısının alınması, uçotunun aparılmasının vacibliyi və suya qənaət istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tədbirlərdə Azərbaycanın aşağı axın ölkəsi olduğu, transsərhəd çirklənməyə məruz qaldığı qeyd olunaraq, gələcəkdə su problemi ilə üzləşməmək üçün hər kəsə sudan səmərəli və qənaətlə istifadəyə dair çağırışlar edilib. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra su ehtiyatlarının vacibliyi ilə bağlı videoçarx nümayiş olunub.
Qeyd edək ki, növbəti görüşlərin 2 avqust 2022-ci il tarixində Hacıqabul, Saatlı və Sabirabad rayonlarında keçirilməsi nəzərdə tutulub.



Xəbərlər  Tarix:   29 İyul 2022 / 13:50


« Əvvəlki xəbər (899 / 7273) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

20 yanvar tədbir
22 Yan 2023 / 21:48