İyul ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənildi.
Vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, bütün sosial təminat növləri üzrə iyul ayının sosial ödənişləri bu gün yekunlaşıb.
İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.



Xəbərlər  Tarix:   29 İyul 2022 / 14:32


« Əvvəlki xəbər (894 / 7273) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

20 yanvar tədbir
22 Yan 2023 / 21:48