FHN-in Qarabağ Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı və Nazirliyin Qarabağ Regional Mərkəzinin koordinatorluğu ilə 27-28 iyul 2022-ci il tarixlərində Mərkəzin və onun əhatə etdiyi ərazidə yerləşən FHN-in qurumlarının struktur bölmələri ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib.
Birgə qərargah məşqinin keçirilməsində əsas məqsəd Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və effektli qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi, zamanında zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üzrə rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.
Birgə qərargah məşqi zamanı verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Məşqin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, yaranan suallar cavablandırılıb.



Xəbərlər  Tarix:   29 İyul 2022 / 14:28


« Əvvəlki xəbər (906 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR