“Dəniz Mall” ticarət mərkəzində ekoloji fləşmob təşkil olunub


İyulun 27-də “Dəniz Mall” ticarət mərkəzində ekoloji fləşmob keçirilib. Çimərlik mövsümündə sahilyanı ərazilərin qablaşdırma tullantılarından çirklənməsinin qarşısının alınmasına xidmət edən “Sıfır tullantı” (Zero Waste) pilot layihəsi çərçivəsində təşkil olunan fləşmob əhalinin bu istiqamətdə məlumatlandırılmasını nəzərdə tutur.
Könüllülərin iştirakı ilə baş tutan fləşmob ətraf mühiti çirkləndirən qablaşdırma tullantılarının azaldılması və təkrar emala göndərilməsi məqsədi daşıyır.
Qeyd edək ki, “Sıfır tullantı” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə, Coca-Cola və Carlsberg Azerbaijan-ın (“Baltika 0”) tərəfdaşlığı və EcoHub ekoloji platformasının icraçı partnyorluğu ilə icra olunur. İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti Konsepsiyası çərçivəsində pilot yanaşma kimi nəzərdə tutulan “Sıfır tullantı” layihəsi yay mövsümü ərzində çimərlik sahillərində fəaliyyət göstərən müəssisələrdə (kafe və restoranlar) istifadə olunan qablaşdırma tullantılarının miqdarının azaldılması və onların toplanıb təkrar emala cəlb olunması üzrə müxtəlif toplama və çeşidləmə üsullarını sınaqdan keçirəcək.
Layihə ərzində çimərlik sahilində fəaliyyət göstərən müəssisələrə xüsusi toplama qutuları yerləşdirilərək, qablaşdırma tullantılarının yığılması həyata keçiriləcək və toplanan qablaşdırma tullantıları təkrar emala göndəriləcək.
Təşkilatçılar bir daha əhalini çimərlik ərazilərini tullantılarla çirkləndirməməyə və Xəzər dənizini qorumağa çağırır.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 11:38


« Əvvəlki xəbər (879 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR