“Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda təlimlər davam edir

28 iyul 2022-ci il tarixində Türyançay və Qarayazı Dövlət Təbiət Qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı maarifləndirmə tədbirləri və təlim məşqləri keçirilib.
Türyançay Dövlət Təbiət Qoruğunda keçirilən tədbirdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin və Qəbələ rayon Polis şöbəsinin əməkdaşları iştirak edib. Həmçinin, Qarayazı Dövlət Təbiət Qoruğunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin və yerli polis bölməsinin əməkdaşları, yerli kənd sakinləri iştirak edib.
Tədbirdə xüsusi mühafizə olunan təbiət əraziləri, meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 11:42


« Əvvəlki xəbər (878 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR