Bakıda tennis üzrə 2022-ci il "Davis Cup” Kubokunun qrup oyunlarına start verilib

Bakıda tennis üzrə kişilər arasında 2022-ci il "Davis Cup” Kubokunun qrup oyunlarına start verilib. Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə paytaxtımızda ilk dəfə olaraq təşkil edilən Avropa IV qrup oyunları Bakı Tennis Akademiyasında keçirilir.
7 ölkənin təmsil olunduğu iki qrup oyunlar iyulun 30-dək davam edəcək. Yarışda “A” qrupunda San Marino, İslandiya, Albaniya, “B” qrupunda isə Malta, Andorra, Azərbaycan və Kosova mübarizə aparır. Qrup qalibləri pley-of mərhələsində qarşılaşacaqlar.
Bu gün qrup oyunlarını gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Oyundan öncə nazir yarışın keçirildiyi Bakı Tennis Akademiyasının vəziyyəti ilə də tanış olub, burada idmançıların məşq şəraiti ilə maraqlanıb.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 12:22


« Əvvəlki xəbər (868 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR