Yeni tədris dövrünə hazırlıq prosesi davam edir

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.
Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.
Qeyd edək ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla təşkil edilərək keçirilir.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 13:15


« Əvvəlki xəbər (859 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR