Nazir Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri olmuş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Etibar Hüseynov və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Elkiyar Ziyadovla görüşüb.
Nazir gəncləri qalib olmaları münasibətilə təbrik edərək onlara uğurlarının davamlı olmasını arzulayıb.
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti barədə danışaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan şəxslərin aşkar olunmasına, ölkədə kadr ehtiyatı bankının yaradılmasına böyük töhfədir.
Qaliblər səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 13:29


« Əvvəlki xəbər (857 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR