Səhiyyə siyasəti və iqtisadiyyatının təkmilləşdirilməsi sahəsində tanınmış ekspert Françesko Paoluççi Azərbaycanda təlimlər keçirir

Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən zəruri addımlar atılır. Əsas məqsədlərdən biri də səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. Bununla əlaqədar nazirlik tərəfindən mütəmadi olaraq beynəlxalq təcrübəyə müraciət olunur.
Səhiyyə Nazirliyinin dəvəti ilə Nyukasl və Bolonya Universitetlərin professoru, səhiyyə siyasətinin təkmilləşdirilməsi üzrə tanınmış ekspert Françesko Paoluççi ölkəmizdə səfərdədi.
Səfər çərçivəsində ölkəmizin səhiyyə sahəsində çalışan mütəxəssisləri üçün üçgünlük təlimlər təşkil olunub. Tədbirdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, ASAN xidmət, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vəzifəli şəxsləri, həmçinin özəl sığorta sektorunun mütəxəssisləri iştirak ediblər.“Səhiyyənin transformasiyası və səmərəli maliyyəşdirilməsi” mövzusunda məruzə ilə çıxış edən professor Françesko Paoluççi səhiyyənin transformasiyası üzrə beynəlxalq təcrübələr, səhiyyə iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsinin vacib prinsipləri, səhiyyə sektorunda müxtəlif sığorta tətbiqlərinin optimal istifadəsınə dair dünya təcrübələrini təlim iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün professor Paoluççi 20 ildən artıq müddətdə qlobal səhiyyə sistemlərinin səmərəli maliyyələşməsini təhlil edərək, bu sahədə mühüm nailliyyətlərə imza atıb.Təqdimatlar iştirakçıların böyük marağına səbəb olub.
Sonda mövzu ətrafinda fikir mübadiləsi aparılıb, professor Paoluççi iştirakçılarının suallarını cavablandırıb.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 13:38


« Əvvəlki xəbər (855 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR