FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mərkəzin 2022-ci tədris ili üçün Hazırlıq planına müvafiq olaraq 7 nömrəli Regional Sukanal idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşqdə FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları və 7 nömrəli Regional Sukanal İdarəsinin rəhbər heyəti, Mülki müdafiə qərargahının rəhbərliyi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.
Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.



Xəbərlər  Tarix:   1 Avq 2022 / 14:17


« Əvvəlki xəbər (825 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR