Nazir müavini Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev avqustun 11-də Gədəbəy rayonunda həmin rayonun və Daşkəsən rayonunun sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 2 - 8 avqust tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.



Xəbərlər  Tarix:   3 Avq 2022 / 12:21


« Əvvəlki xəbər (815 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR