Azərbaycan heyəti Türk Dövlətləri Təşkilatının 1-ci Gənclər Könüllülük Təlim Proqramında iştirak edir

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə könüllü təşkilatlarının nümayəndələrindən ibarət Azərbaycan heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci Gənclər Könüllülük Təlim Proqramında iştirak edir.

Proqram çərçivəsində könüllülüyün konseptual çərçivəsi, konüllülüyün sahələri, könüllü kimdir, könüllülüyə təsir edən amillər, könüllülüyün əhəmiyyəti, könüllülük və iştirak arasında əlaqə, könüllülüyün sosial və fərdi faydaları, könüllülüyün iqtisadi dəyəri, könüllülüyün ölçülməsi, könüllülük sahəsində korporativ əməkdaşlıqlar, könüllülük etikası, könüllülük statusu, dünyada könüllülük, könüllülüyün hüquqi çərçivəsi, gənclər və könüllülük, beynəlxalq könüllülük, rəqəmsallaşma və könüllülük, könüllü idarəetmə, könüllü motivasiyai, idmanda könüllülük və s mövzular üzrə təlimlər keçiriləcək.



Xəbərlər  Tarix:   3 Avq 2022 / 14:26


« Əvvəlki xəbər (805 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR