Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

02 avqust 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0108021947 ISIN kodlu, tədavül müddəti 1820 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0108021947 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 31,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 18,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92,4763 (gəlirlilik 7,8482%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 27 iyul 2027-ci ildir.



Xəbərlər  Tarix:   3 Avq 2022 / 16:09


« Əvvəlki xəbər (793 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR