SORĞUYACAVAB - Vətəndaş Mirzəli Cəfərquliyevin videomüraciətində qeyd etdiyi xüsusatlar Baş Prokurorluq tərəfindən yoxlanılır

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsə ittiham elan olunmaqla onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Vətəndaşın videomüraciətində qeyd etdiyi xüsusatlar hazırda Baş Prokurorluğun aidiyyəti qurumu tərəfindən yoxlanılır. Nəticəsi barədə məlumat veriləcək.



Öz xəbərlərimiz  Tarix:   9 Avq 2022 / 09:56


« Əvvəlki xəbər (768 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR