Baş Prokuror tərəfindən Oğuz rayonunda vətəndaşlar qəbul edilmişdir

Avqustun 9-da Baş prokuror Kamran Əliyev Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.
Qəbulda iştirak edən 19 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdir.
Qəbuldan sonra Baş prokuror Şəki və Qəbələ rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.



Öz xəbərlərimiz  Tarix:   10 Avq 2022 / 09:39


« Əvvəlki xəbər (759 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR