Ekoloji mühitə ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.
Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan,həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və Oğuz meşəbəyliyinin 8a saylı dolayında meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi, ümumilikdə 33 min manatdan çox məbləğdə ziyan dəyməsi faktları aşkar edilmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir.



Xəbərlər  Tarix:   13 Avq 2022 / 11:00


« Əvvəlki xəbər (754 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR