gününrəqəmi - 7721

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 7721-dir. Belə ki, ötən yarımildə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olmuş, vətəndaşların onları maraqlandıran 7425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilmiş, müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmaqla 2 müraciət üzrə cinayət işləri başlanmışdır. Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.



Öz xəbərlərimiz  Tarix:   15 Avq 2022 / 11:53


« Əvvəlki xəbər (749 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR