Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 avqust 2022-ci il tarixdə Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 avqust 2022-ci il tarixdə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.



Xəbərlər  Tarix:   17 Avq 2022 / 15:02


« Əvvəlki xəbər (732 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR