Yay düşərgəsinin 3-cü növbəsi davam edir

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (şəhid və qazi övladları, eyni zamanda müxtəlif müsabiqələrin qalibləri) yay düşərgəsinin 3-cü növbəsi davam edir.
Düşərgəyə respublikanın 22 rayon və şəhərindən olan 100-dən artıq gənc qatılıb.

12-20 avqust tarixlərini əhatə edəcək düşərgə müddətində gənclərə asudə vaxtın səmərəli təşkili, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, “İngilis dilini əylənərək öyrənirik”, rəsm üzrə ustad dərslər, maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, müxtəlif yeni tanışlıqlar, idman oyunları, konsert proqramı və.s məşğələlər təşkil olunacaq.



Xəbərlər  Tarix:   17 Avq 2022 / 15:14


« Əvvəlki xəbər (728 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR