Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

16 avqust 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105023946 ISIN kodlu, tədavül müddəti 728 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0105023946 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 66,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 15,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,3618 (gəlirlilik 5,3748%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 13 avqust 2024-cü ildir.



Xəbərlər  Tarix:   17 Avq 2022 / 15:58


« Əvvəlki xəbər (717 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR