FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib.
Tədbir hərbi hissənin şəxsi heyətinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Seminar-müşavirədə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Odsöndürən balonlardan istifadə”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.
Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:10


« Əvvəlki xəbər (680 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR