Cüdoçularımız İslam Həmrəyliyi Oyunlarının komanda yarışlarında 1 qızıl və 1 bürünc medal qazandı

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının cüdo idman növü üzrə komanda yarışlarına yekun vurulub. Komanda yarışlarında kişi cüdoçularımız qızıl medal, qadın cüdoçularımız isə bürünc medal əldə ediblər.
Belə ki, qadınlardan ibarət milli yığma komandamız Qırğızıstan yığmasına 3:1 hesabı ilə qalib gələrək oyunların bürünc medalını qazanıblar.
Kişilərin yarışında isə millimiz finalda 3:2 hesabı ilə Türkiyə yığmasını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, cüdoçularımız fərdi yarışlarda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə cüdo üzrə 2 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:28


« Əvvəlki xəbər (674 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR