Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi ilə Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klas keçib

Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi ilə Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klas keçib
Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi ilə Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klas keçib.
“Birincili baş ağrılarının differensial diaqnostikası və menecmenti” mövzüsunda çıxış edən professor Məsud Aşina bu sahəyə dair əldə olunmuş beynəlxalq təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəbi sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində baş ağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir.
Professor vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sefalgiyanı 4 növə ayırmaq olar: miqren; gərginlik tipli baş ağrısı; klaster baş ağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn baş ağrısı. Bildirilib ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 15:37


« Əvvəlki xəbər (655 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR