Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Azərbaycanda Məhərrəmlik mərasimlərinin tarixi kökləri və ictimai-siyasi vəziyyətə təsiri” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, MKS-nin metodisti Səidə Qurbanova, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini Bəhruz Əhmədov, kitabxananın işçiləri, gənclər və dindarlar iştirak ediblər.
Çıxışlarda Azərbaycanda Məhərrəmlik mərasimləri barədə ətraflı məlumat verilib. Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 15:58


« Əvvəlki xəbər (648 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR