“Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi yekunlaşıb

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Şuşa şəhərində avqustun 8-dən 14-dək yuxarı yaşlı skautlar üçün keçirilən “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi yekunlaşıb.
Düşərgə müddətində "Zərərdən müdafiə", “İlk yardım”, “Ekstrimal jurnalistika”, “Sosial şəbəkələrdən doğru istifadə etmə”, “Təməl yanğından mühafizə”, “Alpinizm alətlərindən istifadə”, “Çətin şəraitlərdə yaralıların təxliyyəsi”, “Ekstrimal hallarda sağ qalma və qidalanma”, “Əldə olan vasitələrlə gecə və gündüz səmti müəyyənetmə”, “Simsiz radio rabitə sistemlərindən itsifadə” və s. ixtisaslaşmış təlimlər keçirilib.
Qarabağda təşkil edilən ilk skaut düşərgəsində Türkiyə, Polşa, Ukrayna, Macarıstan, Gürcüstan, Misir və Moldovadan da skautlar iştirak edib.



Xəbərlər  Tarix:   22 Avq 2022 / 13:52


« Əvvəlki xəbər (638 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR