“Günərzi yay istirahət düşərgəsi” layihəsinə start verilib

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gənclərin “Günərzi yay istirahət düşərgəsi” layihəsinə start verilib. Düşərgəyə şəhid və qazi ailələrindən 10-16 yaş aralığında olan 20 nəfər yeniyetmə uşaq cəlb olunub.
Düşərgədə yeniyetmələr gündəlik proqrama uyğun olaraq, əyləncəli və maraqlı vaxt keçiriblər. Burada onlar üçün inkişafetdirici (“Zəka”, “Vitaminlər”, “Top oyunu”,” Abidələr “,“Puzzle” və s.) və idman oyunları (voleybol və şahmat) təşkil olunub, istedadlı yeniyetmələr vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.



Xəbərlər  Tarix:   22 Avq 2022 / 13:55


« Əvvəlki xəbər (637 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR