“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası növbəti dəfə Xəzər rayonunda keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası 21 avqust tarixində “Bravo” marketlər şəbəkəsi ilə birgə Binə qəsəbəsində yerləşən Bravo superstorda keçirilib. Aksiya zamanı ümumi tutumu 3480 litr olan plastik butulka yığılıb.
İştirakçılara ekoçantalar paylanılıb. Ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə ekoçantalarla yanaşı Milli Parklara bilet və azyaşlı uşaqlara kitablar hədiyyə olunub. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bugünədək 8 aksiya keçirilib. Aksiya növbəti həftələrdə də davam etdiriləcək. Aksiyanın keçiriləcəyi ərazi barədə elan Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkələrində öncədən paylaşılacaq.
Nazirlik rəsmisi aksiyalarda iştirak edən bütün vətəndaşlara təşəkkür edib və hər kəsi plastik tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə birlikdə dəstək olmağa çağırıb.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 12:37


« Əvvəlki xəbər (631 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR